Smartfonlar üçün virtual düymələr hazırlanacaq

Date:

Paylaş:

Amerikanın sensorlar hazırlayan Sentons şirkəti ilə Tayvanın elektronika istehsalçısı Foxconn smartfonlar üçün virtual düymələr hazırlamaqla bağlı razılığa gəliblər. Bu barədə VentureBeat yazır.

Yeni düymələr jestlərə cavab verəcəklər: toxunmaq, sıxmaq (“düyməni basmaq”) və başqa. Sentons həmin düymələri tədricən adi, mexaniki olanları ilə əvəz etməyi planlaşdırır – məsələn, səs tənzimləyici düymə. Düymələr məqsədli jestləri ayıra bilirlər və yalnış olanlarına cavab vermirlər.

Virtual düymələr sayəsində smartfonlar daha da nazik görünüş alacaqlar və düymələr paneli smartfonun  istənilən yerində quraşdırıla bilər, hətta yan tərəfin altında belə.

Qeyd edək ki, panelin uzunluğu 1,9 dyümdür. Ona submikron ölçülü 20 ultrasəs diskret sensorlar daxildir. Şirkət panelin nazik, qatlanmış və əyri ekranlara uyğun olduğunu təsdiqləyir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...