Koronaviruslu milyardlar: həftəyə 14,5 mlrd. dollar qazanmış 10 çinli iş adamı

Date:

Paylaş:

Koronavirusa baxmayaraq, bəzi çin şirkətlərinin səhmləri bahalaşıb. Bir həftə ərzində 10 çinli biznesmenin sərvəti təxminən 14,5 milyard dollara çatıb. Onların yarısından çoxu səhiyyə sahəsindəndir.

Bütün dünya üzrə fond bazarlarının epidemiya səbəbindən ziyan çəkməsinə baxmayaraq, 81 000 yoluxma və 3000 ölüm sayının qeydə alındığı Çində səhmlərin qiyməti stabil olaraq qalıb və son bir həftədə sərvətləri 14,5 mlrd. dollar çatan 10 milyarder qeydə alınıb.

Hamıdan çox “Hanson Pharmaceutical” dərman istehsalçısının rəhbərinin sərvəti artıb. Ticarətin başa çatdığı 6 mart günündə onu sərvəti 16,6 mlrd. dollar dəyərləndirilib – əvvəlki həftə ilə müqayisədə 2,2 mlrd. dollar və ya təxminən 16% çox. 59 yaşlı sahibkar xanım və onu qızı şirkətin 75%-nə sahibdirlər.

Adıçəkilən şirkətin sahibkarı öz yoldaşı ilə birgə Çinin ən zəngin ailəsi sayılırlar. Onun yoldaşı keçən həftə sərvətini 1,3 mlrd. dollar artırıb – 13,6 mlrd. dollar. 61 yaşlı sahibkar yoldaşı bu ilin yanvar ayına kimi 30 il ərzində ən iri Çinin Jiangsu Hengrui əczaçılıq şirkətinə rəhbərlik edib.

2-6 mart tarixlərində ən çox sərvət artımı yaşayan 10 çinli milyarderlərin ümumi siyahısı:

Zhong Huijuan , Hanson Pharmaceutical +$2,2 mlrd.

Qin Yinglin & ailəsi, Muyuan Foodstuff +$1,9 mlrd.

Liu Yonghao & ailəsi, New Hope Group +$1,8 mlrd.

Chen Junda , Jiangsu Hengrui +$1,4 mlrd.

Li Xiting, Mindray Medical International +$1,3 mlrd.

Xu Hang,  Mindray Medical International +$1,3 mlrd.

Sun Piaoyang, Jiangsu Hengrui +$1,3 mlrd.

Je Syantzyan Midea Group +$1,2 mlrd.

Ma Huateng, Tencent +$1,1 mlrd.

Chen Bang, Aier Eye Hospital Group +$1 mlrd.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...