Türkiyədən Azərbaycana avtomobil ixracı artıb

Date:

Paylaş:

2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 76,18% artaraq 17.031 milyon dollar təşkil edib.

Bu barədə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edib ki, 2020-ci ilin fevral ayında Türkiyədən Azərbaycana avtomobillərin tədarükü də 2019-cu ilin fevral ayına nisbətən 31.03% artaraq 6.152 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 4.923 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 1% artıb.

 

Türkiyədən avtomobil ixracı yanvar-fevral aylarında ölkənin ümumi ixracatının 16,7%-ni təşkil edir.

2020-ci ilin fevral ayında Türkiyə dünya bazarlarına 2.522 milyard dollar dəyərində avtomobil ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 0,9% azdır.

2020-ci ilin fevral ayında Türkiyədən avtomobil ixracı ölkənin ümumi ixracatının 17,2%-ni təşkil edib.

Son 12 ayda (fevral 2019-fevral 2020) Türkiyə 30,638 milyard dollar dəyərində avtomobillər ixrac edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...