Biznesdə “çempion” olmaq nə deməkdir?

Date:

Paylaş:

Richard Branson-u təkrarlamağa çalışmayın – bu, kömək etməyəcək.

Biznesdə uğurlu qaliblərdən biri olmağın nə demək olduğundan sahibkar Steve Tobak danışıb. O həm də “Entrepreneur”un məsləhətçisi və müəllifidir.

Steve Tobak bu yaxınlarda gənc sahibkarlardan biri ilə tanış olur və ona belə məlum olur ki, bir çox kiçik biznes və startap təsisçilərinin qalibiyyətin necə əldə edilməsindən anlayışları yoxdur. Ona görə də onlar Richard Branson, Mark Kuban və bu kimi digər şəxslərdən nümunə götürürlər və onların yolu ilə gedirlər – onlar uğurlu insanların necə düşündüyünü anlamağa çalışırlar.

Təəssüf ki, biznesdə düşüncə tərzi hələ hər şey demək deyil – bu, sadəcə bir başlanğıcıdır. Uzunmüddətli uğurun açarı nəyəsə əsaslanmaqdansa daha çox öz intuisiyana qulaq asmaqdan ibarətdir. Uğur – hər şeydən öncə dahi ideyalar deyil, təcrübə və keyfiyyətli iş görməkdir. Uğur – arzu etmək deyil reallaşdırmaq bacarığıdır.

Və uğur necə hərəkət etməli olacağınızı təyin edən qaydalardan başlayır. Uğurlu insanın qaydaları dedikdə onu hərəkətə sövq edən təlimləri özünə aşılaması nəzərdə tutulur və bunlar aşağıdakılardır:

Ən yaxşısı mən deyiləmsə, demək o başqa birisidir

Hamı öz işini sevməyin vacibliyini deyir. Amma əgər siz sadəcə eyni işi eyni tərzdə görən minlərlə insandan birisinizsə öz fəaliyyətinizin nəticəsini sevməyiniz mümkünsüzdür. Öz işinin “pərəstişkarı” olmaq yaxşı başlanğıcdır, amma bu sadəcə bir başlanğıcdır. Qalib olmaq üçün işinizi daha yaxşı tərzdə görməlisiniz.

Başqalarını dinləyirəm amma yalnız özümə güvənirəm

Uğur doğru qərarlar verə bilmək bacarığıdır. İnformasiya, yəni, məlumatlı olmaq güclü olmaq deməkdir, amma bugün demək olar ki, hamının eyni informasiyalara çıxışı olduğu üçün oyunun qaydaları da bərabər olur. Bəli, əsl, mükəmməl liderlərin əhatəsində olmaq faydalıdır, amma əgər rəhbər sizsinizsə təhlükədə öz uğurunuzdur. Ona görə də öz intuisiyanıza güvənin.

İnsanlara eşitmək istədiklərini deməyin heç bir mənası yoxdur

Hamı istəyir ki, izləyicilərinin, ardıcıllarının sayı çox olsun. Hər kəs başqalarını incitməkdən və ya neqativə köklənmiş kimi görünməkdən ehtiyat edir. Ona görə də bir çox insanlar faydasız, boş, düşünülməmiş, utopik məsləhətlər və əsaslandırmalar təqdim edir və paylaşırlar. Sizin dəyəriniz insanlara eşitmək istəmədikləri halda həqiqəti söyləməyinizdədir.

Reallaşdırmayacağım ideyalar mənim üçün mövcud deyil

İdeyalar sadəcə fikirlərdir. O da hamıda var. Məzmun da sadəcə  kağız və ya elektron formada olan ideyalardır. Onları hamı yaradır. Yeganə fərq, sizin real olaraq nə etməyinizdən, nəyi həyata keçirib gerçəkləşdirməyinizdən və insanlara nə təqdim etməyinizdən ibarətdir. Qalanları boş sözlərdir.

Bunu hamı edirsə, başqasını edin

Qalib olmaq istəyən sosial şəbəkələrdən və rəqəmsal marketinqdən uzaq durmalıdır. Çünki bunlardan onsuz da hamı istifadə edir. Bu yolla qalib ola bilməzsiniz. Hamının  etdiyini etsəniz , hamının istifadə etdiyi alətlərdən istifadə etsəniz heç kimdən fərqiniz olmayacaq.

Başqalarını təkrarlamaqla lider olmaq şansım qalmır

İstər qəbilə, istər təşkilat ya şirkət olsun, hamısının, yəni istənilən insan kütləsinin başında bir adam, təki bir lider dayanır. Siz həmin adam ola bilərsiniz. Kimlərinsə ardıcılı olmaqda pis heçnə yoxdur. Amma əgər siz ardıcıllardan biri olduğunuz halda özünüzü lider hesab edirsinizsə, çox yanılırsınız.

Müştərilərə konsept və məzmun maraqlı deyil: onlar real həll yollarını dəyərləndirirlər

Biznesdə tək bir əsas konsepsiya var: müştərilərə lazım olan məhsul və xidmətləri satmaq. Ona görə də əsl uğuru, insanların ən ciddi və ağrılı problemlərini həll edən  məhsul və xidmətlər qazanırlar. Böyük problem + yaxşı həll = böyük qələbə. Bu tənliyi unutmayın.

Məni nailiyyətlərim qane etmirlər

Oxunmasına dəyən yaxşı biznes-kitabların sayı çox azdır. Amma Mark McCormack-ın “Harvard biznes məktəbində nəyi öyrətmirlər” kitabını oxumağa isə həqiqətən dəyər. Belə ki, Mark deyir ki, çempionların əsas cəhəti “ öz nailiyyətlərindən məmnun qalmamalarıdır”. Və həqiqətən də uğurdan yaxşı nəsə birşey gözləmirlər.

Məğlubiyyət – pis haldır

Hamı iflasa uğuramanın çox yaxşı bir hal olduğunu deyir. Amma bu sadəcə ona görə belədir ki, məğlubiyyət ağrılı olur və belə olanda da siz məhz nəyi səhv etdiyinizi görə bilirsiniz, bundan da nəsə öyrənirsiniz və eyni səhvi bir daha təkrarlamırsınız. Daha da güclü və müdrik olursunuz. Amma məğlubiyyət sizin üçün ağrılı olmayanda bunlar baş vermir. Uğursuzluğa düçar olmağa tab gətirməkdən qorxmaq lazım deyil, amma onu qələbə ilə qarışdırmaq da düzgün deyil: belə ki, sizin hədəfiniz sadəcə uduzmamaq deyil, qalib gəlməkdir.

Hələ neçə sayda belə mülahizələr irəli sürmək olar, amma əsas məna bundadır:  bu sadalanan təlimlər ancaq və ancaq sizi fəaliyyətə ruhlandırdığı halda məna daşıyırlar. Yəni, qələbə fəaliyyət deməkdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...