Dünya Bankının Direktorlar Şurası ölkəmizdə özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsinə, həmçinin məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstək məqsədi daşıyan “Azərbaycanda məşğulluğa dəstək layihəsi”ni təsdiq edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının müvafiq missiyası ilə bir sıra görüşlər keçirilərək müzakirələr aparılıb və sözügedən layihənin birgə icrası üzrə görüləcək işlər müəyyən olunub.
Qeyd edək ki, 2020-2025-ci illəri əhatə edəcək layihənin dəyəri 100 milyon dollardır. Onun əsas məqsədləri həmin dövrdə ölkəmizdə əlavə olaraq 22 min işsiz şəxsin qeyri-kənd təsərrüfatı sektoru istiqaməti üzrə özünüməşğulluq proqramına cəlb olunması və onların kiçik biznesə çıxışının təmin edilməsidir.
Layihənin bu ilin ortalarından icrasına başlanması planlaşdırılır. Əvvəlcə, Dünya Bankı və Azərbaycan Hökuməti adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kredit sazişi imzalanması nəzərdə tutulub