Çikaqo Universiteti alimlərinin apardığı araşdırma onu göstərib ki, smartfonlar imtahanlarda və toplantılarda insanların koqnitiv bacarıqlarına mənfi təsir edir. Bu barədə Inc.com yazır. Belə ki, qadgetlər istifadəsiz şəkildə stolun üstündə və ya cibdə olduqları zaman da ziyanlıdırlar.
Məsələ burasındadır ki, fikrin smartfonda qalması sahibinə fikrini topmalağa imkan vermir. Yanındakı qadgetdən istifadə üçün fürsət imkanını gözləmək beynin yaddaş gücünü azaldır.
Araşdırmada iştirak edənlər bir neçə qrupa bölünüblər: bir qrup şəxs smartfonunu başqa otağa qoyub, digərləri onları stolda ekranı üzü aşağı şəkildə qoyub, bir başqa qrup isə qadgetlərini ciblərinə qoyublar. Məlum olub ki, smartfona birbaşa yaxın olmaq əqli qabiliyyətə təsir göstərir.
Belə ki, müasir insanlar demək olar ki, daim öz telefonlarını düşünürlər və onu əllərinə almaq üçün sanki potensial məqam gözləyirlər. Nəticədə onlar fikirlərini hər hansısa işə cəmləməkdə çətinlik çəkirlər. Sınaqdan uğurla çıxanlar isə telefonlarını başqa otaqda yerləşdirənlər olublar.