“Coca-Cola” Azərbaycanda qiymətləri artırdı

Date:

Paylaş:

 

Məhşur “Coca-Cola” brendi Azərbaycanda satdığı məhsulların qiymətlərini artırıb.

Ən çox bahalaşanlar isə 1 litrlik “Bonaqua” və “Capy” şirələri olub. Belə ki, əvvəllər 0,50 manata satılan “Bonaqua” qazlı və qazsız suları hazırda 0,10 manat bahalaşaraq 0,60 manata satılır. 1,50 manata satılan 1 litrlik “Capy” şirləri isə hazırda 1,60 manatdır.

Şirkətin digər məhsulları, “Fanta” və “Coca-Cola”nın da qiymətlərinin artdığı bildirilir. Satıcıların sözlərinə görə, əvvəllər bu içkilərin satışı zamanı onlara bir şüşədə 0,10 manat xeyir qalırdısa, hazırda bu mənfəət 2-3 qəpik təşkil edir.

Dükan sahiblərinin sözlərinə görə, qiymət artımının nə ilə əlaqədar olduğu bildirilmir. Məlumat üçün qeyd edək ki, “Coca-Cola”nın Azərbaycanda rəsmi təmsilçisi olan “Coca-Cola Bottlers LTD” Şirkəti ölkəmizdə “Coca-Cola”, “Fanta”, “Sprite”, “Burn”,”Bonaqua”, “Capy”və “Fuse” içkilərinin istehsalçısıdır.

Qeyd edək ki, “MediaPost” olaraq “Coca-Cola Bottlers LTD” şirkəti ilə əlaqə saxlamaq istəsək də bu elə istək olaraq qalıb. Belə ki, şirkətin qeyd edilən nömrələri daim məşğul olub.

“MediaPost”

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...