“AzerFloat” QSC-nin şüşə lövhələr istehsalı zavodunda tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir. QSC “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir.
12 hektar ərazidə yerləşən zavod Azərbaycanda termoformalaşdırılmış şüşə lövhələr istehsalı üzrə ilk müəssisə olacaq. Zavodun 2020-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur. İstehsal olunacaq məhsullar daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.