Türkiyənin «Vestel Elektronik» şirkəti Polşadakı 100 faizlik törəməsi olan «Vestel Polska» Texnologiyasını fabrik, bina və torpaq sahəsi ilə 31.4 milyon dollara satıb. Alıcısı isə LG Chem Wrocław Energy şirkəti olub.
«Vestel Elektronik» şirkətindən verilən açıqlamaya görə, satılan obyektin televiziya montaj fabriki olduğu bildirilib. Satış səbəbi kimi obyektin satış xərclərinin optimallaşdırılması göstərilib.
«Vestel Ticaret»in «Toshiba Visual Solutions Corporation» ilə 1 sentyabr 2016-cı ildə imzaladığı «Toshiba» marka lisenziya müqaviləsi çərçivəsində «Compal Electronics Europe» şirkəti «Vestel Polska Texnologiya Mərkəzi» adlandırılmışdı.