Huawei şirkəti smartfonları üçün öz axtarış tətbiqini hazırlayır. Yeni tətbiq Hae adlanır.
2019-cu ildə ABŞ hökuməti tərəfindən irəli sürülən sanksiyalardan sonra “Google” Huawei şirkəti ilə əməkdaşlığı dayandırır. Nəticədə şirkətin bütün yeni cihazlarında artıq Google axtarış sistemi olmur və Huawei öz alternativi (Huawei Mobile Services) üzərində aktiv şəkildə işlərə başlayır.
Keçən həftə yayılan məlumata görə, “Google” amerikan hökumətindən “Huawei”lə əməkdaşlığı bərpa etmək üçün icazə istəyib. Amma Ağ Evdən bununla bağlı hələ ki, bir cavab gəlməyib.