Daha bir şəhərdə “KOB Dostu” fəaliyyətə başladı

Date:

Paylaş:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) mikro, kiçik və orta sahibkarlardan daxil olan müraciətlər və regionun biznes potensialı nəzərə alınaraq, növbəti Kiçik və Orta Biznes Dostu (“KOB Dostu”) Mingəçevir şəhərində fəaliyyətə başlayıb.

KOBİA-dan bildirilib ki, bununla bağlı martın 2-də agentliyin təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi, eləcə də regionda fəaliyyət göstərən sahibkarların və onlara xidmət göstərən dövlət qurumlarının iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti, KOB-lara dəstək məqsədilə həyata keçirilən tədbirlər, o cümlədən “KOB Dostu” mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, KOB dostları tərəfindən regionlarda mikro, kiçik və orta sahibkarlara biznesin qurulması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müxtəlif dəstək və xidmətlər göstərilir, KOB maraqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. “KOB Dostu” ilə fəal əməkdaşlıq Mingəçevir və ətraf rayonlarda yeni biznes sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, KOB-ların bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, maraqlarının müdafiəsi baxımından əhəmiyyətlidir. Mingəçevirdə fəaliyyətə başlayan “KOB Dostu” sayca 23-dür.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov rayonun sosial-iqtisadi inkişafı, rayonda sahibkarlıq fəaliyyəti barədə danışıb. O, “KOB Dostu”nun sahibkarlar və biznesə yeni başlayanlar üçün faydalı dəstək mexanizmi olacağını vurğulayıb.

Tədbirdə Mingəçevir “KOB Dostu” Ayaz Ədilov sahibkarlara təqdim edilib, KOBİA-nın fəaliyyətinə və “KOB Dostu” mexanizminə dair videoçarxlar nümayiş olunub.

Sonra tədbir iştirakçıları Mingəçevir Gənclər Evində fəaliyyət göstərəcək “KOB Dostu”nun ofisi ilə tanış olublar. Məlumat verilib ki, burada sahibkarların müraciətlərinin qəbulu, onlara dövlət dəstəyi mexanizmləri çərçivəsində informasiya, məsləhət, maarifləndirmə, təlim-tədris və sair xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Mingəçevir “KOB Dostu” ofisində də “KOB könüllüləri”nin fəaliyyəti nəzərdə tutulur.

Tədbir çərçivəsində, həmçinin sahibkarların sualları cavablandırılıb, onların problemlərinin və təkliflərinin öyrənilməsi üçün sorğu keçirilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...