Milyarderlər istənilən ölkədə yaşaya bilərlər, amma onlar ənənəvi ölkələrdə yaşamağa üstünlük verirlər. Hazırda dünya olan milyarderlərin sayı isə 1732 nəfərdir.
Knight Frank-a görə, milyarderlərin böyük əksəriyyəti 15 ölkədə yaşayırlar.
Aşağıda milyarderlərin ən çox yaşadığı dünyanın 10 ölkəsindən bəhs edəcəyik.
10. İtaliya
Hazırda İtaliyada 43 milyarder yaşayır. 2013-cü ildən bəri onların sayı 2 dəfə artıb.
Ölkənin ən varlı insanı isə konfet firmasını idarə edən Ferrero Group-un rəhbəri Covanni Ferrerodur. Onun sərvətinin həcmi 32 milyard dollar qiymətləndirilir.
9. Cənubi Koreya
2013-cü ildə ölkədə cəmi 24 milyarder yaşayırdı. Buna baxmayaraq onların sayı təxminən 2 dəfə artaraq 44 nəfərə çatıb.
8. Kanada
Kanada da milyarderlərin orta sərvəti təxminən 3 milyard dollar təşkil edir. Bu isə Kanadanın ən varlı üçn əyalətinin birgə olan sərvətinə bərabərdir. Hazırda ölkədə 46 milyarder yaşayır.
7. Böyük Britaniya
Kiçik ölkə olmasına baxmayaraq, baxmayaraq burada 54 milyarder yaşayır. Onların arasında Cim Retklif və Alan Şuqar da var.
6. Honkonq
Son beş il ərzində burada olan milyarderlərin sayı 24 nəfər artıb və hazırda 64 nəfərə çatıb. Onların bəziləri dünyanın ən bahalı daşınmaz əmlakına sahibdirlər.
5. Rusiya
Rusiya onluğa daxil olan ilk ölkədir ki, burada milyarderlərin sayı 2013-cü ildən 2018-ci ilə qədər heç də artmayıb, əksinə azalıb. Belə ki, hazırda ölkədə 101 milyarder yaşayır.
4. Hindistan
Son beş ildə burada milyarderlərin sayı 116% artıb. Hazırda ölkədə 119 milyarder yaşayır. Mumbay hindli milyarderlərin ən sevdikləri şəhərdir, burada milyarderlərin əksəriyyəti yaşayır.
Almaniya, Avropanın ən güclü iqtisadiyyatın malik olan ölkəsidir. Buna görə də burada milyarderlərin çox yaşaması təəccüblü də deyil. Hazırda burada 12 milyarder yaşayır. Ümumi 11 milyarderin sərvətinin həcmi 187 milyard dollardır.
2. Çin
Son beş ildə bu ölkədəki milyarderləin sayı 206% artıb. Hazırda burada 373 milyarder yaşayır. Onların ən varlısı isə Alibaba şirkətinin yaradıcısı Cek Ma-dır. Onun sərvətinin həcmi 39 milyard dollardır.
1. ABŞ
Amerika yenə də milyarderlərin ən çox üz tutduğu ölkələrdən biridir. Hazırda burada 585 milyarder yaşayır. Onlardan biri də dünyanın ən varlı insanı olan Ceff Bezos, Bill Qeyts, Mark Zukerberq və s. -dir. Onların ümumilikdə sərvətinin həcmi 300 milyard dollardır.