Azərbaycan 2019-cu il ərzində Rusiya Federasiyasına (RF) 9,33 tonluq təzə, soyudulmuş və ya dondurulmuş atların, qatırların əti ixrac edib.
İxrac olunan məhsulun ümumi dəyəri 17,52 min ABŞ dolları ( 30 min AZN-lik) həcmindədir. Bu göstərici AzStatKom-un rəqəmlərinə əsaslanır.
Ölkəmizdən ixrac olunan məhsulun hamısı məhz bu ölkəyə satılıb. Məhsulun ortalama dəyəri hər kq üzrə 1,88 dollar olub ki, bu da həmin vaxtki məzənnə ilə 3,19 manat olması deməkdir. Bu öncəki ildəki kq üzrə dəyəri ilə eyni olması deməkdir.
Məlumat üçün bildirmək istərdik ki, 2018-ci il ərzində Azərbaycanda RF-ə 20 tonluq və ya 37,6 min dollarlıq bu kodda məhsul satmışdı.