Toyota şirkəti Çinin pilotsuz maşınlar istehsal edən Pony.ai startapına 400 mln. dollar yatırım edib. Bu barədə startapın saytında xəbər verilir. Financial Times yazır ki, startap investisiya raundunda 3 mlrd. dollar dəyərləndirmə ilə ümumilikdə 462 mln. dollar cəlb edib. Toyota şirkətin 13%-ni əldə edəcək və onun direktorlar şurasında yer alacaq.
Bu əməkdaşlıq, avtomobil şirkətinə Çin bazarına çıxmaq üçün lazımdır. Pony.ai startapına isə yeni investisiyalar avtomobil istehsalçısı ilə əməkdaşlıqda digər mobil xidmətləri inkişaf etdirmək imkanı yaradacaq.