Britaniyanın yeməli qablaşdırmalar istehsalçısı Notpla (“not plastic”in qısaldılmış şəkli) 5 mln. dollardan çox cəlb edib. Bu barədə Bevnet məlumat verir.
Əsas səhmdar 21st Centry Fox-un keçmiş rəhbərinə məxsus Lupa Systems-dir.
2013-cü ildə iki tələbə tərəfindən yaradılan Notpla startapı təbii materiallardan ərzaq və sular üçün qablaşdırmalar istehsal edir. Əsas xammalları yosunlardır.
Qeyd edək ki, yosunlardan hazırlanan qablaşdırmanı artıq viski istehsalçısı Glenlivet və Just Eat qida çatdırılması xidməti alırlar.