Biznes qurmaq üçün qadınlara nə qədər pul lazımdır?

Date:

Paylaş:

Biznesə başlamaq üçün qadına kişi ilə müqayisədə iki dəfə az resurs lazımdır. Sahibkar fəaliyyətini öyrənən “Global Entrepreneurship Monitor”un məlumatlarına əsasən, 2015-ci ildə ABŞ-da qadınlara öz biznesinə başlamaq üçün kişilərlə müqayisədə iki dəfə az vəsait lazım olub–orta hesabla 10 min dollar.

Tədqiqatın həmmüəllifi, “Babson” universitetinin professoru Donna Kelli qeyd edir ki, şirkəti işə salmaq lazım olanda qadın-sahibkarlar daha enerjili olurlar.

ABŞ üzrə statistikaya görə, biznes açan qadınların demək olar ki, yarısı işə 10 min dollardan az büdcə ilə başlayıb. Araşdırma onu da göstərib ki, iş quran qadınlar öz ailə üzvlərinə kişilərdən daha çox arxalanırlar.

Qadınların biznes seçimi də fərqlidir. Zərif cinsin nümaynədələri daha çox müştəriyə yönələn bizes, ticarət müəssisəsi və xidmətləri yaratmağa meylli olurlar.

Məsələn, əl işlərindən ibarət məhsulların satışı ilə məşhur “Etsy” onlayn-platformasından bildiriblər ki, bu resursda satıcıların əksəriyyəti – 86%-i qadınlardır.

Nəhayət, araşdırmalar göstərir ki, qadınlar adətən biznesə 35-44 yaşadək başlayır, kişilər isə 25-34 yaşlarında.

biznes qurmaq, iş qurmaq, biznes ideyaları

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...