Milyarder repçi Jay-Z-nin Marcy Venture Partners vençur fondu 85 mln. dollar cəlb edib. Bu barədə ABŞ-ın qiymətli kağızlar üzrə Komissiyası (SEC) məlumat verir.
Pulları repçi istehlakçı startaplarına yatırmağı düşünür.
Qeyd edək ki, Jay-Z aktyor Eşton Kutçerin yolu ilə gedir. Belə ki, o son bir neçə ildə uğurlu vençur investisiyalarla məşğul olan məhşurlardandır. 2019-cu ildə tanınmışların iştirak etdikləri bütün raundların yekunu üzrə Kutçer 3,1 mlrd. dollarla birinci, Jay-Z isə beçinci yeri tutub – 983 mlrd. dollar.
49 yaşlı Jay-Z 2019-cu ildə sərvəti 1 mlrd. dollara çatan ilk hip-hop ifaçısı olub. Aktivləri sırasında internet-xidmətlər, daşınmaz əmlak, şərab istehsalı, incəsənət əsərləri kolleksiyası və mahnılarına müəlliflik hüquqları var.