Startap qurucularının 9 ən böyük səhvi

Date:

Paylaş:

Təsəvvür edin ki, sizin əla bir ideyanız var, siz həvəslisiniz və insanların sizin məhsulu və ya xidməti almaq üçün növbəyə duracaqlarına və ayağınıza gələcəklərinə əminsiniz.

Amma bu yol rəqabətdən başlayaraq şirkətiniz ətrafında hüquqi problemlərə kimi çoxlu maneələrlə dolu olacaq. Həmin maneələrdən ziyan görməmək üçün yeni başlayan sahibkarların etdikləri bir sıra ən böyük səhvlərin hansılar olduğunu və onlardan qaçmağın yollarını bəzi uğurlu sahibkar və ekspertlər müəyyən ediblər.

Onlar reklam üçün nə qədər pul və zaman lazım gəldiyini qiymətləndirmirlər

Siz düşünürsünüz ki, “startap”lı günlər üçün kifayət qədər pul yığmısınız. Bir daha düşünün.

“Biz adətən nə qədər pul və vaxt lazım olduğunu dəyərləndirmirik. Bu, iki qat çox vaxt aparır və hesab etdiyinizdən üç dəfə daha çox başa gəlir” – deyə, Water Journey-in qurucusu Frensin Glick bildirir.

Əlavə maliyyə ethiyatınızın olduğuna əmin olun. Boş vaxtınızda startap üzərində çalışdığınız müddətcə daimi işinizdən dərhal imtina etməyin.

Onlar çox götür-qoy edirlər

“Hərçənd ki, siz bütün ömrünüz boyu bir layihə üzərində işləyə və araşdırmalar apara bilərsiniz, əsas olan onu təqdim etməkdir və o zaman təbii olaraq, sizi irəliyə aparacaq əks əlaqə və impuls yaranacaq. İşə başlamaq üçün hər bir şeyin ideal şəkildə etməyə ehtiyac yoxdur” – deyə, Her Campus-un həmtəsisçisi Stephanie Kaplan Lewis qeyd edir.

Hər şeydən öncə, əgər siz ideyanız üzərində həddindən artıq düşünsəniz, belə görünəcək ki, sanki müştərilərinizə heç də uyğun olmayan birşeyin yaradılmasına vaxt sərf etmisiniz. Onlara öz təklifinizi bildirin və sizin onlara hər şeydən çox nəyin lazım olduğunu yatarmağınıza onların köməklik göstərməyinə şərait yaradın.

Onlar son məqsədi görmürlər

“Sahibkarlar çox vaxt işə böyük həvəs və optimizmlə başlayırlar və  uğura çatmaq üçün lazım olan hər şeyi etdiklərini düşünürlər. Əgər siz öz təsəvvür, missiya və dəyərlərinizi, həmçinin, xidmətinizi digərlərindən fərqləndirəcək birşeyi planlaşdırmağa vaxt sərf etsəniz bu, sizə doğru istiqaməti göstərəcək və nəticə də effektiv olacaq” – deyə,  proqram təminatı işləri üzrə Broadway Lab şirkətinin qurucusu Michael Fellows bildirir.

Lap əvvəldən əhatəli düşünməyə çalışın. Bu, qabaqcadan çətin sualları qarşıya qoymağa imakn verəcək və əlinizə lazım olan vaxt müraciət etməniz üçün yol kartı verəcək.

Onlar rəqiblərini tanımırlar

“Bu məntiqsiz görünə bilər, amma sizə rəqiblər lazımdır. Sayları çox olmamalıdır – potensial müştərilərlə ilk təmas nöqtəsinin onlara sizin məhsul və ya xidmətinizə ehtiyac duyulmasını göstərməməsi kifayətdir” – deyə, sahibkar Heather Humann bildirib.

Rəqiblər sizin üçün bazarı yoxlayırlar. Onlar olmasa özünüzə bu əsas sualı verməlisiniz – biznes yaratmağa əsas gətirmək üçün həll etməyə çalışdığım problem çoxmu geniş yayılıb?

Onlar aşırı dərəcədə öz ideyalarının vurğunu olurlar

“Qurucular öz ideyalarının vurğunu olurlar və çox vaxt özlərindən başqa kimin onların satdığı məhsulu istədiklərini bilməyə çalışmırlar” – deyə, sahibkar, Veloz Group-un baş direktoru Adam Wendler bildirib.

Əlbəttə, siz öz biznesinizə pərəstiş edə bilərsiniz, amma həddindən artıq emosiyalara qapılan qurucular çox vaxt hədəfə düşməmələri barədə xəbərdarlığı görə bilmirlər. Amma yadda saxlamalısınız ki, əgər məhsul və ya xidmətiniz dövr etmirsə bu, müştərilərin deyil sizin günahınızdır.

Onlar lazım olanda inkişaf etmirlər

“Obyektiv olaraq qalmaq və bazarı öyrənmək vacibdir. İlkin məhsulunuzun nəzərdə tutduğunuz kimi inkişaf etmədiyini gördükdə tez strategiyanı dəyişməkdən qorxmayın” – deyə, Zen Media-nın qurucusu Shama Hyder bildirir.

Bazar tələblərinə cavab verin, amma ona öz istəklərnizi tətbiq etməyə çalışmayın.

Shama Hyder deyir ki, YouTube əvvəlcə tanışlıq saytı olmalı idi, amma yaradıcıları nəhayət ki, başa düşürlər ki, bazara video vasitəsilə tanışlıq saytı laım deyil – insanlar  videoları sadəcə yükləmək və paylaşmaq istəyirlər.

Hüquqi müdafiəni təmin etmirlər

Belə götürək ki, siz kollecdən olan bir dostunuzla birgə biznes qurmağa başlayırsınız və bunun üçün öz planınızı adi bir kağız üzərində qeyd edib müqaviləni də şərəfə badə qaldırmaqla bağlayırsınız. Bu əladır, amma növbəti addımlara da laqeyd olmamalısınız.

“Çox vaxt insanlar biznes qurmağa o qədər tələsirlər ki, birgəlik müqaviləsi, ilk işçilərlə əməkdaşlıq sazişi, müvafiq təhlükəsizlik tədbirləri və başqa bu kimi hüquqi tərəflərlə bağlı məsələləri unudurlar” – deyə, Kaplan Lewis qeyd edir.

Bu başlanğıc addımların atılması gələcəkdə öz müsbət nəticəsini göstərə bilər.

Onlar belə hesab edirlər ki, dərhal çoxlu pul qazanmalıdırlar.

Sahibkarlara çox vaxt elə gəlir ki, onlar tez bir zamanda daxili kapital cəlb etməlidirlər. Amma az miqdarda qazancla başlamaq daha yaxşıdır.

“Hər zaman konsepsiyanı az məbləğə və kiçik əhatədə yoxlamaq yolu var. Bu, kiçik rəqəmsal şirkət və s. ola bilər. Sizin sizə pərəstiş edən 100 istifadəçiniz olmayana kimi inkişaf etmək şansınız yoxdur. Onları isə dost və tanışlar vasitəsilə əldə edə bilərsiniz” – deyə, PupSocks-ın icraçı direktoru  Zach Zelner bildirir.

Məhsulunuza bazar tələbinin olmasını sübut edən kimi potensial səhmdarlar sizin şirkətdə böyük dəyər görəcəklər və sizin üçün pul yığmaq asanlaşacaq.

Onlar tez və həddindən çox pul xərcləyirlər

Yaraşıqlı ofislər, Aeron stulları və bahalı nahar yeməkləri? Bunları unudun. Çünki, bir şey satana kimi  ehtiyatlarınızı və işçi heyətini artıq itirəcəksiniz.

“ Sadiq işçilər rahatlıq duyğusu yaradır. Siz özünüzü əsl iş adamı kimi hiss edirsiniz. Amma əmək haqqı ilə işləyən bu qədər insanı ilə əsassız şəkildə tutub saxlamağa çalışsanız bu, sizi göz görə-görə məhv edəcək” – deyə, Infographic World yaradıcısı etiaf edir.

Və pul axınını əvvəlcədən görmək olmayanda kimin ödənişsiz qalacağını da təxmin etmək olar – siz özünüz. Əməkdaşların getməməsi üçün kifayət edən qədər gəlir səviyyəsinə çatmayınca bir qədər yığcam olun.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...