Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” şirkətinin abunəçiləri avtobus və metroda gediş haqqını danışıq balansından istifadə edərək ödəyə biləcək.
Bizplus.az xəbər verir ki, bunu şirkətin Korporativ ünsiyyət departamentinin rəhbəri Nigar Şıxlinskaya deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi və digər tərəfdaşlarla işlər aparılır: “Şirkət olaraq bu xidmətin tezliklə abunəçilərin ixtiyarına verilməsində çox maraqlıyıq”.