Borc qalmaqalı yaşadılar, biri digərinə güzəştə getdi

Date:

Paylaş:

Azərbaycanın milyonluq kapitalı olan “Neft yol TikintiTəmir” açıq səhmdar cəmiyyətinin yolu məhkəmədən düşüb. Belə ki, onun “Gobustone”nun istehsalçı zavodu “AAC”-yə 286 min manat borcu olub.

Zavod və ya qanuni adı ilə desək “AAC” məhdud məsuliyyətli cəmiyyət Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, bu borcun geri qaytarılmasını tələb edib. Lakin sonradan tərəflər güzəşt əsasında razılığa gəliblər.

İddiaçı qismində olan “AAC”nin Baş direktoru Ağasəməd Əfəndiyev və “Neft yol TikintiTəmir”in İdarə Heyətinin sədri Mustafa Nustafayev arasında 19 fevral 2020-ci il tarixində saziş bağlanıb. Sazişə əsasən zavod sahibi ümumi borca əlavə edilmiş  22 min manatlıq dəbbə pulunu “Neft yol TikintiTəmir”ə güzəştə gedib.

Saziş Kommersiya Məhkəməsinin iştirakı ilə baş tutub. Sazişə əsasən “Neft yol TikintiTəmir” zavodun sahibinə olan 210 min manata yaxın məbləğdə borcu 2020-ci ilin fevral ayından başlamaqla 4 ay ərzində ödəməli olacaq  və bu, aylıq 53 min manatlıq vəsait deməkdir.

Qeyd edək ki, AAC zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir və illik istehsal gücü 180 min kubmetr qazobeton blokudur.

“AAC” şirkəti “Gobustone” markası altında məsaməli beton bloklar və əhəng istehsal edir. 2008-ci ildə yaradılan bu şirkətin nizamnamə kapitalı hazırda  278,5 min manat təşkil edir.

“Neft yol TikintiTəmir” ASC isə 2001-ci ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 105,1 mln. manatdır. Ölkənin ən çox sahmdarı olan ASC sayılır. Belə ki, son məlumata görə, sözügedən cəmiyyətin 1238 səhmdarı var.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...