Udemy onlayn-təhsil platforması Yaponiyadakı tərəfdaşı Benessee Holdings nəşriyyatından 50 mln. dollar cəlb edib. Bu barədə TechCrunch xəbər verir. Səhmdar “Udemy”ni 2 mlrd. dollar dəyərləndirib.
Udemy, pulu abunə kurslarının inkişafına yönləndirəcək.
Qeyd edək ki, dərs vəsaitləri və onlayn-kurslar satan səhmdar nəşriyyat Udemy ilə ingilis və yapon dillərində birgə fəaliyyət göstərir.
Xatırladaq ki, Udemy şirkətinin150 mindən çox kursu və 50 milyon tələbəsi var. Şirkətin həmçinin, Adidas, Toyota, Pinterest, Lyft kimi korporativ müştəriləri də var.