Şərab şirkəti əlavə istehsal xəttinə qoşulur

Date:

Paylaş:

Azərbaycanın iri spirtli içki istehsalçısı olan “Cəlilabad 2” şərab zavodu yeni şərab istehsalı xətti üzərində işləyir.

Bu barədə müəssisədən bildiriblər.

Mənbənin məlumatına görə, söhbət quru və yarımquru şərablardan gedir:

“Əlavə istehsal xətti hesabına şərab məhsulunun istehsalını artırmaq planlaşdırılır. Zavodda sutkada təxminən 18 min şüşə şərab istehsal olunur, yeni xətt işə düşdükdən sonra bu göstəricinin 25 min şüşəyədək çatdırılması planlaşdırılır. Ötən ilin ilk 10 ayı ərzində zavodda 180 min dekalitrdən çox şərab istehsal olunub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur. Hazırda müəssisədə konyak spirti də daxil olmaqla 12-dən çox spirtli içki növü istehsal olunur”.

Müəssisədən bildiriblər ki, gələn ildən xaricdən alınan müasir avadanlıqlar hesabına məhsul istehsalının həcminin artırılması planlaşdırılır:

“Biz araq məhsulunun istehsalını artırmağı planlaşdırırıq. Bunun üçün artıq yeni avadanlıq və texniki filtrlər quraşdırılıb”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...