Twitter “Tarixçələr”in yaradılması və redaktə edilməsi alətlərini hazırlayan “Chroma Labs” şirkətini alıb. Bu barədə şirkətə istinadən TechCrunch xəbər verir. Tərəflər müqavilənin məbləğini açıqlamayıblar.
“Chroma Labs” smartfonlar üçün Chroma Stories tətbiqini yaradıb. Burada İnstagram, Snapchat və digər sosial şəbəkələrdə növbəti paylaşımlar üçün “Tarixlər” yaratmaq və onları redaktə etmək mümkündür.
Müqavilədən sonra Chroma Stories tətbiqi artıq yenilənmə olmadan işləməyə davam edəcək və “Chroma Labs” komandası “Twitter”ə qoşulacaq.
Qeyd edək ki, 2018-ci ildə üç nəfər şəxs tərəfindən yaradılan Chroma Labs təxminən 615 dəfə yüklənib.