ASK sahibkarların müraciətlərini dinləyib

Date:

Paylaş:

Azərbaycanda sahibkarların tez-tez qarşılaşdığı problemlər açıqlanıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) toplantısında bildirilib ki, ASK-Dövlət Gömrük Komitəsi, ASK-Dövlət Vergi Xidməti arasında İkitərəfli Əməkdaşlıq Şuraları mövcuddur və hər bir şuranın ayrılıqda 2 iclası keçirilib. İclaslarda malların gömrük dəyərinin müəyyən edilməsi üsulları, saxta malların idxalının qarşısının alınması ilə bağlı məsələlər, təşviqlə bağlı gələn avadanlıqların idxalındakı problemlər, gömrük keçid məntəqələrindəki yubanmalar, gömrük ekspertizasının gərəksiz yerə yüklənməsi və s. məsələlər müzakirə edilib.

Həmçinin müəssisələrdə sənədsiz mövcud olan əsas vəsaitlərin və malların qiymətləndirmə əsasında balansa daxil edilməsinə icazənin (amnistiyanın) verilməsi, avansın ƏDV-yə cəlb olunmasının ləğv edilməsi, ƏDV-nin differensiallaşdırılması, artıq ödəmədən yaranan ƏDV-nin qaytarılmasında operativliyin təmin edilməsi, onlayn kargüzarlıq prosesi zamanı texniki problemlərin həll olunması mövzusunda qarşılıqlı təkliflər səsləndirilib və qaldırılan məsələlərdən bir çoxu “Vergi Məcəlləsi”ndə öz əksini tapıb.

Sahibkarlar tender, vergi, investisiya təşviqi sənədinin icrası, valyuta tənzimi rejimi, açıq məkanlarda reklam qaydaları, maliyyə əlçatanlığı ilə bağlı da müraciətlər ediblər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...