Azərbaycanda bu məhsulun ixracı mümkünsüz hala gəlib

Date:

Paylaş:

Azərbaycanda toyuq əti istehsalının maya dəyəri nisbətən yüksək başa gəldiyi üçün bu məhsulu ixrac etmək hələ ki, mümkün deyil.

Bunu  Azərbaycan Quşçular Cəmiyyətinin İdarə Heyətinin sədri Aydın Vəliyev deyib.

Onun sözlərinə görə, xarici ölkələrdə quş ətinin bir kq-ı 1 dollar, 1 dollar 20 sentə başa gəldiyi halda, Azərbaycanda bu, təxminən 2 dollara başa gəlir: “Buna görə də Azərbaycanın quş ətinin ixracı üçün xarici ölkələrdən sifarişlər edilmir. Amma sifarişlər olarsa, məhsulu istehsal etmək üçün maddi-texniki imkanlar var”.

A.Vəliyev bildirib ki, toyuqlar üçün yemlərin – buğda, qarğıdalı, soya və s.-nin xarici ölkələrdən gətirilməsi toyuq əti istehsalının baha başa gəlməsinə səbəb olur.

Cəmiyyət sədri qeyd edib ki, yerli istehsalı genişləndirməklə yem məhsullarının ucuz başa gəlməsinə şərait yaratmaq olar:

“Yerli yem məhsullarının istehsalını artırmaq lazımdır, bu isə hələ mümkün deyil. Azərbaycanda yerli yem məhsullarını ancaq mövsüm dövründə istehsal etmək mümkündür. Digər tərəfdən, məhsulu əkdikdən sonra onun saxlanılması üçün şərait də olmalıdır. Xarici ölkələrdə  Azərbaycandan fərqli olaraq, bu məhsulları saxlamaq üçün kifayət qədər şərait var.Sahibkarlar biçin, yığım vaxtı yem alıb anbarlarına yığırlar. Ancaq anbardakı məhsul bitdikdən sonra xaricdən mal almaq zərurəti yaranır”.

A.Vəliyev belə hesab edir ki, bu problemin həlli üçün yemin saxlanılmasına xidmət edən anbarların tutum həcmi genişləndirilməlidir:

“İl ərzində sahibkarlara yerli məhsulla birlikdə 550-600 min ton yem lazım olur. İl ərzində 120-130 min ton buğda, 130-140 ton qarğıdalı, bu qədər də soya işlədilir. Bunlardan əlavə, günəbaxan yağı, günəbaxan jmıxı, yem əlavələri da lazım olur”.

Cəmiyyət sədri əlavə edib ki, bu gün Azərbaycan toyuq əti və yumurtaya olan daxili tələbatı tam ödəyə bilir və buna görə də həmin məhsulların idxalına ehtiyac yoxdur:

“Əvvəlllər xarici ölkələrdən quş əti idxal edildiyi üçün yerli məhsullar anbarlarda yığılıb qalırdı. Hazırda isə Azərbaycanda quş əti, yumurta tələbatı ödəyə bilən səviyyədə istehsal edilir, satış da kifayət qədər yaxşıdır”.

A.Vəliyev bildirib ki, Azərbaycan Əfqanıstana, Gürcüstana, İraqa, Qətərə və s. ölkələrə əmtəə yumurtası ixrac edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...