Nərmin Zeynalzadə
Nərminə Zeynalzadə 1994-cü ildə Bakıda anadan olub. O, təhsilini Milli Aviasiya Akademiyasının iqtisadiyyat və hüquq fakültəsində alıb. Qadınlar üçün əl işi alt geyimi istehsal edən Confidence şirkətini təsis edib.
Mənzurə Hacıyeva
Mənzər Hacıyeva 1986-cı ildə anadan olub. Nyu-York Universitetini bitirib və ixtisas təhsilini Parsons Dizayn İnstitutunda davam edib. 2012-ci ildə öz brendini yaratmaq qərarına gəlib. Mənzərin təsis etdiyi “Menzer Hajiyeva” brendi art-şərflərin istehsalı ilə məşğuldur.
Bəyaz Məcidova
Bəyaz Məcidovanın 23 yaşı var. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır. Facebookda təsadüfən paylaşdığı dekorasiya işinə görə ona sifarişlər gəlib. Daha sonra səhifə yaradıb və sifarişləri getdikcə artıb. İşini böyütdüyü üçün 22 yaşında fərqli hədiyyələr və dekorasiya işləri görən “Beyaz decoration” şirkətini yaradıb.
Səriyə Əliyeva
İxtisasca diş həkimi olan 25 yaşlı Səriyə Əliyeva ixtisası üzrə çalışdığı işindən ayrılaraq 2015-ci ildən tort bişirmə bacarığını biznesə çevirmək qərarına gəlib. Sweet Cakes Baku brendini yaradan Səriyə instagramla gün ərzində onlarla sifariş alır və artıq öz şəxsi şirniyyat evini açmağa hazırlaşır.
Ülkər İsgəndərova
Ülkər İsgəndərovanın 24 yaşı var və o, Azərbaycan Dövlət İqtisad Universitetində magistr pilləsi üzrə təhsil alır. 3 yaşlı qızının adını verdiyi nazli_design online mağazasının qurucusudur. Qısa zaman ərzində yetərincə tanınma ve izləyici rəğbəti qazandığı üçün tezliklə Nazli Decoration Group adlı şirkət yaratmağı və geniş miqyasda fəaliyyət götərməyi planlaşdırır.
Aytən Əliyeva
Aytən Əliyeva 1990-cı ildə Bakıda anadan olub. Azərbaycanda Dövlət Pedaqoji Universitetində təhsil alıb. 2014-cü ildə Sürprizim var adlı şəxsi events şirkətini yaradıb. Hal-hazırda həm də Glam Organization və 7 surprise online hədiyyə mağazalarını idarə edir.
Selmi Cənnətova
Selmi Cənnətova 1988-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetinin Gömrük işi üzrə ixtisasını bitirib. 2008-ci ildən Dünya Birjası ilə maraqlanır və treyder kimi fəaliyyət göstərir. Eyni zamanda online şəkildə saat ticarəti ilə məşğuldur: Scshop.az
Əsli Musayeva
Nəzrin Ağarzayeva
Yerli, sərfəli dizayner geyim brendi naveen.az Nəzrin Ağarzayeva tərəfindən idarə olunur. Özü İT sahəsində təhsil alsa da dizayn və modaya marağı olub. İntern filminə baxdıqdan sonra Naveen şirkətini yaratmaq qərarına gəlib və bir ay ərzində 40-50 sifariş alıb.