Azərbaycanda informasiya texnologiyaları (İT) sahəsində fəaliyyət göstərən “Cyberspace” MMC inzibati qaydada cərimə edilib.
Valyuta tənzimi qaydalarını pozduğuna görə, Nəsimi Rayon Məhkəməsi tərəfindən şirkətin 4 676 avro cərimə olunması barədə qərar çıxarılıb.
“Cyberspace” MMC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.
Qərardan şirkət tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, 1998-ci ildən fəaliyyət göstərən “Cyberspace” MMC informasiya texnologiyaları bazarında avadanlıqların alınması və quraşdırılması işini hayat keçirir, eləcə də proqram təminatı üzrə konsultant məsləhətçi xidmətlərini təqdim edir.