Almaniya məhkəməsi “Tesla”ya qadağa qoyub

Date:

Paylaş:

Almaniya məhkəməsi ABŞ-ın “Tesla” şirkətinin paytaxt Berlində inşa etmək istədiyi fabriklə bağlı hazırlıqların müvəqqəti dayandırılması haqqında qərar qəbul edib.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Məlumata görə, məhkəmə fabrikin tikintisi üçün yüzlərlə ağacın kəsilməsinə etiraz edən ekoloji qrupları nəzərə alıb.

Xatırladaq ki, “Tesla”ın baş direktoru Elon Musk ötən ilin noyabr ayında Berlində “Gigafactory” adlı bir fabrikin qurulacağını açıqlamışdı. Bu məqsədlə 91 hektar ərazidə ağacların kəsilməsi nəzərdə tutulurdu. Ətraf mühitin mühafizəsi qrupları meşəlik bir ərazidə qurulacaq fabrikin bölgənin təbii həyatına və su qaynaqlarına təhlükə yaradacağını iddia edir.

Hazırda “Tesla”ın ABŞ-da 2, Çində isə 1 ədəd “Gigafactory” fabriki var.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...