Artıq xaricdən kartof idxalına ehtiyac qalmayacaq

Date:

Paylaş:

Azərbaycan daxili və xarici bazarı təmin edəcək qədər kartof istehsal etmək iqtidarındadır.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirib.

Onun sözlərinə görə, bu sahədə bəzi problemlər aradan qaldırılandan sonra Azərbaycan xaricdən kartof idxal etməyi dayandıracaq:

“Bu gün Azərbaycanda kartof istehsalı həm daxili, həm də xarici tələbatı ödəməyə qadirdir. Bu gün kifayət qədər də kartof istehsal edilir. Lakin sahibkarların bir problemi var. Fermerlər istehsal etdikləri məhsulu saxlamaq üçün anbarlar tapmırlar. Bu da kartofun qış aylarına saxlanmasına mane olur. Saxlanc yerləri olmadığından sahibkarlar məhsulu dərhal bazara çıxarır, dəyər-dəyməzinə satırlar. Qış aylarında da Azərbaycan xaricdən kartof almağa başlayır. Hazırda bu problemlərin həlli istiqamətində tədbirlər görülür. Artıq bölgələrdə bir neçə sahibkar bu problemi həll edib. Bölgələrdə sahibkarlar xüsusi anbarlar tikiblər ki, bu anbarlar kartofun saxlanmasına, sağlam qalmasına şərait yaradır. Bu problem tam həllini tapandan sonra Azərbaycan xaricdən kartof idxalını dayandıracaq. Yəni ölkədə istehsal edilən kartof həm daxili, həm də xarici bazara çıxarmağa kifayət edəcək”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...