ABŞ məhkəməsi “Amazon” şirkətinin tələbini təmin edərək, “Microsoft” ilə Pentaqon arasındakı 10 milyard dollarlıq müqavilənin icrası prosesini dayandırıb. Xatırladaq ki, müqavilə bulud texnologiyalarının yaradılması ilə bağlı idi.
Bu barədə CNBC məlumat verib.
“Microsoft” un vitse-prezidenti Frenk Şou məhkəmə qərarından narazılığını ifadə edib.
Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Robert Karver öz növbəsində kontraktın icrası prosesinin dayandırılmasını, şöbənin strategiyasının həyata keçirilməsini “əsassız olaraq gecikdirdiyini” və hərbçiləri “lazım olan imkanlardan məhrum etdiyini qeyd edib.
Məhkəmə prosesi fonunda “Amazon” səhmləri 0,4%, “Microsoft” səhmləri isə 0,5% ucuzlaşıb.
Pul uğrunda mübahisədə “Microsoft” un hərbçiləri “Amazon”, “Oracle” və “IBM” ilə rəqabətdə qalib gəldilər. “Amazon” bununla razılaşmayaraq, apponentinə qarşı məhkəmə iddiasını qaldırdı. Onun fikrincə, məhkəmə qərarına dəfələrlə şirkətin işini tənqid edən Donald Tramp təsir göstərib. CNN-nin verdiyi məlumata görə, prezident Müdafiə Nazirliyinin keçmiş rəhbərinə müraciət edərək, biznesmeni namizədlər sırasından çıxarmaq təklifini irəli sürüb.