“Qlobal istiləşmə heyvandarlıq üçün daha təhlükəlidir”

Date:

Paylaş:

Ölkədə baş verən quraqlıq ilk növbədə heyvandarlıq üçün vacib olan yem ehtiyatının keyfiyyət göstəricilərinə mənfi təsir edir.

Bunu bu gün keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova deyib.

O vurğulayıb ki, quraqlıq əsasən bitkilərin inkişafına təsir edir. Bitkiçilik sahəsinə problem törədəndə də bu heyvandarlığın inkişafına mane olur: “Qlobal istiləşmə, quraqlıq faktoru ilk növbədə heyvandarlıq üçün vacib olan yem ehtiyatının keyfiyyət göstəricələrinə mənfi təsir göstərir.

Mövsümə uyğun olmayan istiləşmə heyvanlar arasında yeni epidemiya və epizootiaların yayılması ehtimalını artırır. Belə ki, qansoran həşaratlar, böcəklər və meşə zərərvericiləri kütləvi şəkildə vaxtından tez oyanaraq xəstəliklərin yayılmasına səbəb olur”.

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev isə hesab edir ki, quraqlıq bitki və tərəvəzçiliyə o qədər də təsir etməyə bilər.

O yağıntılar başladığına görə  bitkiçilik sahəsində problem yaranmayacağını vurğulayıb: “Zərərverici və xəstəliklərin özünü biruzə verməsinə gətirib çıxara bilər. Fermerlər bununla bağlı kimyəvi maddələrdən istifadə etməlidir ki, tərəvəzçiliyə ziyan dəyməsin. Bu istiqamətdə suvarma sistemlərindən istifadə edilməklə quraqlığın qarşısı alına bilər. Tərəvəzçilik əsasən suvarma sistemi ilə inkişaf edir. Fermerlər bu tədbirləri görsələr, problem yaranmaz. Fermerlər bu sahədə aktiv olmalıdır. Zərərvericilərə qarşı vaxtında tədbir görülərsə, suvarmadan istifadə olunarsa, tərəvəzçilik sahəsində problem olmayacaq”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...