Nərimanov Rayon Məhkəməsi “Atlas Medical Center” MMC ilə bağlı qərar çıxarıb.
Klinika açıq məkanda reklam haqqında qanunvericiliyi pozduğunua görə 5 min AZN cərimə edilib.
MMC, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, həmçinin, onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir.
Qərardan narazı qalan “Atlas Medical Center” MMC apellyasiya şikayəti verib və şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.