Belçikanın qlobal tikinti avadanlıqları şirkəti “Sarens” Azərbaycan bazarına daxil olur.
10 Yanvar 2020-ci il tarixində Vergilər Nazirliyi “Sarens Azərbaycan” şirkətini dövlət qeydiyyatına alıb.
Şirkətin nizamnamə kapitalı 1000 manat təşkil edir. Onun qanuni təmsilçisi isə Məmmədov Fuad Ramiz oğludur.
“Sarens Azərbaycan” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Moskva pr ev 48. m22-dir.
“Heç nə həddindən artıq ağır, heç nə həddindən artıq yüksək deyil” şüarı ilə fəaliyyət göstərən “Sarens” 60 ildən çoxdur ağır kran, lift və digər qurğular təklif edir.