“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.
Bu, Nazirlər Kabientinin imzaladığı körpələr və erkən yaşlı uşaqlar üçün qida və ekoloji təmiz qida məhsulları istehsalı və satışının tənzimlənməsini nəzərdə tutan qərarda öz əksini tapıb.
Qeyd olunub ki, ekoloji təmiz qida məhsulları istehsal etmək niyyətində olan şirkətlər bunun üçün quraşdırdıqları avadanlıqlara da müvafiq sertifikatlar almalıdır. Yalnız bu halda həmin şirkətin istehsal etdiyi qida məhsulu ekoloji təmiz məhsul kimi satışa çıxarıla bilər. Qərarda “Arıçılıq haqqında” qanuna edilmiş dəyişiklik isə arıçılıq məhsullarının istehsalı zamanı istifadə olunan avadanlıq və vasitələrin ekoloji təmiz standartlara uyğunluğu üçün sertifikat və baytarlıq şəhadətnaməsi alınmasını nəzərdə tutur. Yəni qərar arıçılıq sahəsində baytarlıq nəzarətini də tənzimləyəcək. Qərar arıçılıq məhsullarının gigiyenik standartlara uyğunluğuna dair normativləri də müəyyənləşdirir.