Warren Buffett: “İşçi dürüst olmalıdır…”

Date:

Paylaş:

Amerikanın Berkshire Hathaway holdinqinin baş direktoru Warren Buffett əməkdaşları işə alarakən hansı keyfiyyətlərə diqqət yetirməsindən danışıb. Onun fikrincə, gələcək bir işçi üçün ən vacib cəhət onun dürüst olmasıdır.

“Biz işçi götürərkən ən əsas üç şəxsi keyfiyyətə diqqət edirik. Söhbət zəkalı, təşəbbüskar və enerjili olmaqdan gedir. Amma dürüstlük olmadan bütün bunların heç bir dəyəri qalmır, ona görə də o ən əsas keyfiyyətdir” –  investor belə hesab edir. Buffett əminliklə deyir ki, qeyri-dürüst işçilər nəticə etibarı ilə işləməyə gələndə də “tənbəl və küt” olurlar.

Onun bu fikirlərinə “Huntsman” kimyəvi vasitələr istehsalçı-şirkətinin qurucusu da qoşulub. Belə ki, özünün “Qaliblər heç vaxt yalan danışmırlar” kitabında milyarder uğursuz adamlarla ən uğurlular arasındakı fərqdən bəhs edərək yazıb ki, sonuncular (ən uğurlular) hətta ən çıxılmaz vəziyyətdə belə heç vaxt yalan danışmayanlardır.

Potensial əməkdaşınızın dürüst olub-olmadığını isə özünüzə bu sualları verməklə aydınlaşdıra bilərsiniz:

  • Ünsiyyət zamanı səmimidirmi?
  • Dediklərinə və inandıqlarına həqiqətən əməl edirmi?
  • Həmsöhbətinizin həyata və ətrafdakılara pozitiv münasibət bəslədiyini demək olarmı?
  • Verdiyi sözə əməl edirmi?
  • Həmsöhbətiniz özü özünü məsuliyyətli hesab edirmi?

Bu sualların əksəriyyətinə (ən yaxşı halda hamısına) şübhə etmədən müsbət cavab verə bilirsinizsə, demək, namizədə şans verməyə dəyər. Kim bilə bilər, bəlkə də elə həmin şəxs komandanızın ən vacib üzvü olacaq.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...