Jeff Bezos həyatını dəyişən məqamdan danışıb

Date:

Paylaş:

Amazonun rəhbəri Jeff Bezos 1980-ci illərin əvvəllərində Prinston universitetinin 25 ən yaxşı tələbəsindən biri olub. O orada nəzəri fizikadan təhsil alıb. Amma elə universitet illərində o görüb ki, bu sahə üzrə heç də ən yaxşı birisi ola bilməyəcək.

Belə ki, bir dəfə növbəti seminar üçün differensial tənliyi həll etməli olur. Bir neçə saat həll üzərində çalışsa da yerinə yetirə bilmir. Bu zaman yataqxanadakı otaq yoldaşından kömək istəyir, amma yenə də tənliyi həll edə bilmirlər. Belə olan halda Bezos daha bir tələbəni köməyə çağırır. O, tənliyə baxan kimi, bir dəqiqəyə onu həll edir və nəticəni Bezosa izah edir. Bundan sonra Bezos başa düşür ki, onun düşüncə tərzi nəzəri fizika və elmlə uyğunlaşmır.

“Bu tənliklə bağlı tarixçə məni üçün vacib bir an oldu: anladım ki, heç vaxt dahi bir nəzəriyyəçi- fizik ola bilməyəcəm. Bunun üçün dünyada 50 ən yaxşıdan biri olmalısan, əks halda elm üçün etdiklərinin hamısı boşuna getmiş olacaq. Qalan bütün fəaliyyət növlərində insanların 90%-i lazımlı ola bilər” – Bezos deyib.

Bundan sonra Bezos elmlə yollarını ayırır, ixtisasını kompüter proqramlaşdırması istiqamətində dəyişir və tezliklə, bizneslə məşğul olmaq qərarına gəlir.

1986-cı ildə Prinstonun məzunu olur, 1994-cü ildə Amazonu yaradır. Hal-hazırda isə dünyanın ən zəngin insanı kimi 116 mlrd. dollar sərvətə sahibdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...