Dünyanın ən zəngin adamı Jeff Bezos “Amazon” un səhmlərini satmaqda davam edir. Milyarder 4 və 5 fevral tarixlərində 800 mindən çox səhm satıb.
Bizplus.az xəbər verir ki, son bir həftə ərzində milyarder 3,5 milyard dollar dəyərində səhm satıb (vergi çıxılandan sonra).
Xatırladaq ki, Jeff Bezos səhmlərin satışına hələ yanvarın 31-də başlamışdır. Bu cümə, ilin əvvəlindən bəri bazarlarda ən pis gün olmasına baxmayaraq, “Amazon” analitiklərin gözləntilərini üstələyən və investorları ilhamlandıran müsbət rüblük hesabat dərc edib. Həmin gün internet-riteylerin səhmləri 7,4% artıb, S&P 500 indeksi isə 3%-dən çox azalıb. Sahibkar səhm payının bir hissəsini fevralın 3-ü satandan sonra, onun sərvəti 11,6%-dən 11,2%-ə kimi azalıb.
“Amazon” un nümayəndəsi bu məsələ ilə bağlı şərh bildirməkdən imtina edib. Milyarder jurnalistlərə verdiyi açıqlamada bildirib ki, onun səhm satmaqda əsas məqsədi kosmik şirkəti maliyyələşdirməkdir.