“Mingəçevir Maşın Təmir” ATSC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Bizplus.az xəbər verir ki, iclasın gündəliyinə cəmiyyətin tək başçı icra orqanının (sədrinin) seçilməsi, cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi, cəmiyyətin Ümumi yığıncağı və İcra orqanı haqqında Əsasnamələrin təsdiqi, dividendlərin verilməsi qaydasının müəyyən edilməsi və digər məsələlər daxildir.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Onlar özləri ilə şəxsiyyətlərini təsdiq edən sənədi də gətirməlidirlər.
Yığıncaq 10 fevral 2020-ci il saat 10:00-da Mingəçevir şəhəri, Mingəçevir şosesi-17 ünvanında, ASC-nin inzibati binasında keçiriləcəkdir.