Dünyaca məşhur milyarderlərin pul yığma tövsiyələri təqdim edirik:
Maykl Blumberq
Sizin üçün ən uyğun olan tövsiyə Nyu-Yorkun bələdiyyə sədri və “Bloomberg” şirkətinin sahibinin tövsiyəsidir. Bloombergin 10 ildir iki ayaqqabısı var. Hər iki ayaqqabı qaradır və Bloomberg üçün kifayət qədər rahatdır. Heç vaxt geyinməyəcəyi ayaqqabılar üçün sərvət xərcləməkdənsə pulunu daha əhəmiyyətli şeylərə xərcləməyi seçir.
Warren Buffett
2008-ci ildə Forbes tərəfindən dünyanın ən varlı insanı seçilən Baffet hələ də 1958-ci ildə aldığı 31,500$-lıq evində yaşayır. Pulunun çox olması onun daha lüks ev almasını zəruri etmir.
Karlos Slim
2007-ci ildə Forbes tərəfindən dünyanın ən zəngin insanı seçilən meksikalı iş adamı Karlos Slim “İşiniz nə olursa olsun pul yığmağa başlayın. Pul yığmağa nə qədər erkən başlasanız, pulunuza nəzarət etməyi o qədər tez öyrənəcəksiniz” deyir.
Con Koduell
Lüks avtomobilləri seçməyən digər milyarder isə ingilis iş adamı Con Koduelldir. A nöqtəsindən B nöqtəsinə getmək üçün avtomobilə ehtiyac duymayan məşhur iş adamı velosiped və ictimai nəqliyyata üstünlük verir.
Mark Zuckerberg
Facebookun yaradıcısı Zükerberq hələ də 30.000 $-lıq “Sedan” avtomobilini istifadə edir.
Bun Pikens
Siz də alış-veriş edərkən özünü itirənlərdənsiniz? Onda evdən çıxanda siyahı hazırlayın və özünüzlə lazım olan qədər pul götürün. BP-nin Maliyyə direktoru Pikens pul qabında sadəcə ehtiyacı olan qədər pul gəzdirir.