“Huawei” “Verizon” provayder şirkətinə qarşı məhkəmə iddiası qaldırıb

Date:

Paylaş:

Çinin “Huawei” korporasiyası ABŞ-ın “Verizon” provayder şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. O, “Verizon”u şirkətin patentlərindən qanunsuz istifadə etməkdə günahlandırıb.

Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Texas ştatının federal dairə məhkəməsində qaldırılmış iddiaya əsasən, “Huawei” onlarla telekommunikasiya texnologiyasından istifadəyə görə “Verizon” şirkətinin Çin şirkətinə patent ödəməsini tələb edib. Buna qədər tərəflər bu mübahisənin mümkün həllini müzakirə etmək üçün ABŞ-da bir neçə görüş keçiriblər, lakin razılıq əldə olunmayıb.

“Huawei”in rəsmi nümayəndəsi kompensasiya məbləğinin məhkəmədə müəyyənləşdirilməli olduğunu bildirib.

“Verizon”un sözçüsü isə iddianı “yalançı-piar” adlandıraraq, bunu provayderə və “bütün texnoloji ekosistemə” qarşı “gizli hücum” adlandırıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...