Matraslar istehsal edən Casper onlayn-riteylerinin səhmləri ticarətin açılışında hər əhmə görə 14,50 dollar olub. Şirkətin IPO dəyəri sığortaçı seçimi istisna olmaqla, 500 mln. dollar olub. CNBC xəbər verir ki, birjanın açılışında Casper 575 mln. dollar olub.
Sonra Casper səhmləri 19,75% bahalaşıb və 14,37 dollar olublar. Qiymətlər maksimumda 15,81 dollara kimi qalxıblar.
2019-cu ilin martındakı son maliyyələşmə raundu ərzində Casper 1,1 mlrd. dollar dəyərləndirilib. 2020-ci ilin yanvarında şirkət özünü 768,2 milyon dollar dəyərləndirib və İPO qarşısında qiymətləri hər səhmə görə 17-19 dollar diapazonunda qoyub.
2020-ci ilin 5 fevral IPO-sundan qabaq startap qiymətləri yenidən 12-13 dollara kimi endirib. Bu qiymətlə bütün şirkətin maksimal dəyəri 520 milyon dollar ola bilər.
2019-cu ilin doqquz ayı ərzində Casper-in xalis zərəri 5% artaraq, 67,3 milyon dollar təşkil edib. Şirkətin gəliri də 20% artaraq 312,3 mln. dollara çatıb.