“Apple” şirkəti Xcode proqramçıları üçün alətlər dəstinin beta-versiyasını buraxıb. O, “universal alış” imkanı yaradır. Bu funksiya ilə birdəfəlik ödəniş mümkündür və ondan sonra Mac App Store-dan alınan proqram avtomatik olaraq iOS –cihazlarda keçərli olur və əksinə.
Tətbiqlər, onları tək bir paketdə əlçatan edən (eyni zamanda həm iOS, macOS, iPadOS, tvOS və watchOS üçün) eyni təyinediciyə malikdirlər. Bundan başqa, proqramçıların tətbiqlərinin ayrı-ayrı versiyalarını müxtəlif platformalar üçün satmaq hüquqları qalır.
Qeyd edək ki, “universal alış-veriş”lər Catalyst texnologiyalı layihələr hazırlamaqda proqramçılara böyük stimul verir. Bu alət iOS-versiyanı kodu sıfırdan yenidən yazmağa ehtiyac qalmadan “Mac” tətbiqinə keçirməyə imkan verir. Bu zaman macOS imkanları və “siçan”la klaviaturanı idarə etmə xüsusiyyətləri nəzərə alınır.