Monday.com startapının yeni platforması proqramlaşdırma biliyi tələb etmir

Date:

Paylaş:

Monday.com şirkəti müştərilərə tətbiq hazırlayan konstruktor təklif edib. O, kodlaşdırma biliyi tələb etmir. Bu barədə TechCrunch yazır.

Platforma hazır kod bloklarından və avtomatlaşdırma sxemindən ibarətdir, 50-dən çox üçüncü tərəf tətbiq və xidmətlərini dəstəkləyir. Startapın yaradıcısının sözlərinə görə, yeni versiyada istənilən bir komanda və ya şirkət üçün tətbiq hazırlamaq mümkün olacaq.

Proqnozlara görə, hazır proqram həlləri və ya minimal kodlaşdırmadan istifadə olunmaqla hazırlanan tətbiqlər bazarı 2024-cü ilə 52 mlrd.dollar ola bilər.

İsrailin Monday.com startapı da birgə iş üçün platforma hazırlayır. O, tədbirlər təşkil etməyə, tapşırıqlar planlamağa, əməkdaşlara nəzarət etməyə və  dünyanın istənilən bir nöqtəsindən olan kolleqalarla ünsiyyət qurmağa imkan verir.

Qeyd edək ki, 2019-cu ilin iyulunda Monday.com D raundu çərçivəsində 150 mln. dollar investisiya cəlb edib. Hal-hazırda şirkətin xidmətlərindən 146 dünya ölkəsindən  90 min müştəri istifadə edir. Onların arasında Carlsberg, Discovery Channel, Philips, Hulu  və WeWork var.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...