Paul Graham: “Hansısa bir işdə özünü yeni hiss etmək” faydalıdır

Date:

Paylaş:

“Y Combinator”un qurucusu, sahibkar Paul Graham “özümüzü yeni birisi kimi hiss etməyimizdən” niyə utandığımızdan və bunun faydasından danışıb.

Cavan olanda elə bilirdim ki, böyüklər hər şeyi bilirlər. Amma özüm də böyüyəndən sonra gördüm ki, belə deyil.

Həmişə özümü “təzə” biri kimi hiss edirəm. Bu sanki barəsində heç bir şey bilmədiyim yeni bir sahədə startapa başlamaq, anlamadığın mövzuya həsr olunmuş bir kitab oxumaq və ya özünü necə aparmağı bilmədiyin bir ölkəyə səfər etmək kimi birşeydir.

Təcrübəsiz olmağın özü xoş bir hiss deyil. “Təzə” sözü heç də kompliment deyil. Amma bugün mən necə “yeni” olmaq barədə maraqlı məsələnin izahını verəcəm: xırdalıqlarda (taktiki)  nə qədər çox təcrübəsiz olsanız, ümumilikdə (strateji) bir o qədər az təcrübəsiz olacaqsınız.

Məsələn, öz ölkəndə qalsan özünü daha az təcrübəsiz (yeni) hiss edirsən, nəinki  hərşeyin tamam başqa cür qurulduğu Farawavia getsən. Amma yenə də ora köçsəniz daha çox şey öyrənəcəksiniz. Özünü “təcrübəsiz” hiss etmək cahilliklə tərs mütənasiblik yaradır.

Bəs bir işdə təzə olmaq belə faydalıdırsa o zaman biz niyə bunu sevmirik? Bunun hansı təkamül dəyəri var?

Belə hesab edirəm ki, cavab budur: ”özünü təcrübəsiz hiss etməyin” iki fərqli növü var: qanmaz olmaq və naməlum nəsə birşey etmək. “Təzə olmaq” hissinə bəslədiyimiz mənfi yanaşma beynimizin verdiyi siqnaldır: “kamon, tez bunun necə qurulduğunu izah et”. Bunu belə düşünmək  uzun zaman ərzində doğru olub. Yığıcı-ovçuların həyatı mürəkkəb olub, amma onların həyatı indi olduğu kimi sürətlə dəyişməyib. Onlar kriptovalyutaların necə qurulduğunu təcili şəkildə və gözlənilmədən müəyyən etməli olmayıblar. Ona görə də yenilərini axtarmaqdansa mövcud sahə və tapşırıqlarda öz bacarıqlarını inkişaf etdirməyə dəyərdi. Özünü təcrübəsiz hiss etmək, qida qıtlığından əziyyət çəkən dünyada özünü ac hiss etmək kimi birşey idi.

İndi isə artıq problemin qıtlıqda deyil, əksinə qida ifratlığında olduğu bir vaxtda “aclıq qorxusu” bizi yalnış düşüncələrə sürükləyir.  Eynisi özünü təcrübəsiz hiss etməklə də yaşanır.

Hərçənd bu xoş gəlmir və insanlar bizi buna görə ələ salırlar, özünüzü nə qədər çox təcrübəsiz, təzə biri kimi hiss etsəniz bir o qədər yaxşıdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...