“Disney” şirkəti koronavirusa görə maddi zərərə uğrayıb

Date:

Paylaş:

Naməlum sətəlcəm xəstəliyinin (2019-nCoV) yayılmasından dünya biznesi də zərər çəkməkdə davam edir.

Bizplus.az xəbər verir ki, Amerikanın “Disney” şirkəti koronavirusa görə 175 milyon dollar itirib.

Məsələ burasındadır ki, epidemiyanın yayılmasının qarşısını almaq üçün şirkət Şanxay və Hong-Kongda fəaliyyət göstərən əyləncə parklarını müvəqqəti olaraq bağlamaq məcburiyyətində qalıb.

Qeyd edək ki, “Disney” üçün ən əlverişli mövsüm də məhz Çin Yeni il tətilidir.

Şirkət əlavə olaraq bildirir ki, xəstəliyin yayılma ehtimalının olduğu ABŞ-da yerləşən “Disneyland” əyləncə parkına giriş sayının azalması gözlənilmir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...