Onlayn işləyən FlexJobs əməkdaşlarının iş platforması müəyyən edib ki, məsafədən olan işlərin 95%-i üçün şəhər, ölkə və ya bölgə üzrə məhdudiyyətlər mövcuddur. CNBC heç bir ərazi məhdudiyyəti olmayan və ildə on minlərlə dollar qazandıran 5 peşənin adını açıqlayıb.
Hərçənd inkişaf etmiş ölkələrdəki şirkətlərdə əməkdaşların orta hesabla təxminən üçdə biri onlayn işləyir, şirkətlər yenə də onların iş yerlərinə görə məhdudiyyətlər tətbiq edirlər. Bu, işçiyə rəhbərliklə görüşə və yaxınlıqdakı ofisə gələ bilmək imkanı yaratmaq üçündür. Amma rəhbərliyi heç vaxt görmədən də işləyərək kifayət qədər çoxlu pul qazana biləcəyiniz 5 sahə vardır:
1 . Məhsul-meneceri (orta qazanc – ildə 83 min dollar)
Bu işdə işləyən, şirkətin məhsullarnın istehsalı, strategiyası və inkişafına görə cavabdehdir. Məhsul-menecerləri marketinq, dizayn və proqram işlərini idarə etməlidirlər. Artıq şirkətlər bu vəzifəni daha çox onlayn şəkildə icra etməyə üstünlük verirlər. Əməkdaşların əksəriyyətinin ofisdən işləmədiyi yerlərdə artıq dümyanın istənilən bir nöqtəsindən işləmək olar.
2 . Biznesin inkişafı üzrə menecer (orta qazanc – ildə $72 min)
Biznesin inkişafı üzrə menecer (Business development manager) biznes-plan qurur, ona və müştəri məmnunluğuna görə məsuliyyət daşıyır. Bu mövqedə adətən marketinq və satışla bağlı kifayət qədər təcrübəsi olanlar işləyir və iş güclü kommunikasiya bacarıqları tələb edir, amma məkan bağlılığı olmur.
3 . “Frontend developer” (orta qazanc – illik 71 min dollar)
Frontend developer sayt üçün proqram yazır: o, HTML işarəsi əsasında irihəcmli sənədlərin strukturunu yaradır. Bir çox proqramçı işləri artıq məsafədən idarə olunmaq imkanına malikdir. Amma məhz fronted-developer olmaqla heç bir məkan məhdudiyyəti ilə qarşılaşmayacaq və bununla belə yüksək gəlirə namizəd olacaqsınız. Bu vəzifədə yerləşmə ilə bağlı bir çox şərtlərlə razılaşanlar daha da çox – ildə 150 minə qədər gəlir götürürlər.
4 . Satış meneceri (orta qazanc – ildə 65 min dollar)
Satış meneceri həm də sosial şəbəkələr vasitəsilə marketinq kampaniyaları keçirir. 2019-cu ilin nəticələrinə görə, bu ən çox pul gətirən vəzifələrdən biridir. Ofisdə işləməklə satış meneceri ildə 147 min dollar əldə edə bilər – demək olar ki, bir proqramçı qədər. Amma əgər məkandan asılı olmadan işləmək istəyərsə onun qazancı iki dəfədən də çox azalacaq və istənilən halda bu, məsafədən işləyənlər üçün ən yüksək qazanclardan biri olacaq.
5 . Tədris proqramı tərtibatçısı (ildə 61 min dollar)
Bu işdə tədris kursları və digər materiallar yaratmaq lazımdır. O, korporativ və onlayn-təhsil üçün daha çox tələb olunur, belə ki, şirkətlər çox vaxt əməkdaşları öyrətməli olurlar. Eyni zamanda pedaqoji dizayner dünyanın istənilən bir nöqtəsindən işləyə bilər və onu ancaq dedlayn (son tarixi) məhdudlaşdırır.