“Amazon” dünyanın ən böyük reklamverən şirkəti oldu

Date:

Paylaş:

Amazon onlayn riteyleri dünyanın ən böyük reklamverəni statusunu qazanıb. Qeyd edildiyi kimi, 2019-cu ildə şirkət reklama 11 milyard dollar xərcləyib və bu da qlobal reklam xərclərinin 2%-ni təşkil edir.

Bizplus.az xəbər verir ki, “Amazon” nun  reklam xərcləri 34% artaraq (2,8 milyard dollar) 11 milyard dollara çatıb. Son on il ərzində şirkət reklam xərclərini 20 dəfə artırıb: 593 milyon dollardan (2009-cu il) 11 milyard dollara qədər (2019-cu il).

İllik hesabatda şirkətin satışlarının 20% artaraq 280,5 milyard dollara qədər çatması göstərilib. Marketinq xərcləri 18,9 milyard dollar təşkil edib: 11 milyard dollar reklam xərcləri və 7,9 milyard dollar digər xərclər.

Xatırladaq ki, daha əvvəl dünyanın ən böyük reklamverəni “Procter & Gamble” şirkəti olmuşdur. 2019-cu ildə “P&G” ın reklam xərcləri 350 milyon dollar azalaraq 6,8 milyard dollara qədər düşüb. Marketinqlə əlaqəli olan digər xərclər 19,1 milyard dollar təşkil edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...