Çinin texnikalar istehsalçısı TCL ilə Kanadanın Blackberry brendi əməkdaşlıqlarını dayandırdıqlarını bildiriblər. Avqustun 31-dən etibarən TCL artıq Blackberry smartfonlarının istehsalına və satışına son qoyacaq. Bu barədə TechCrunch “Blackberry”yə istinadən xəbər verir.
TCL, artıq buraxılmış Blackberry modellərinə dəstəyi 2022-ci ilin 31 avqustuna kimi davam etdirəcək. “Blackberry”nin gələcəkdə öz smartfonlarını istehsal edib-etməyəcəyi məlum deyil.
BlackBerry sensor ekranlar meydan gələnə qədər bazarın lideri olub və smartfonlarda öz miniatür QWERTY-klaviaturası ilə yeniliyə imza atıb.
Qeyd edək ki, sözügedən şirkətlər 2016-cı ildən əməkdaşlıq edirlər.