H&M mağazalarını onlayn alış-veriş mərkəzinə çevirəcək

Date:

Paylaş:

H&M  geyim mağazaları şəbəkəsi 5 min ticarət məkanını onlayn alış-veriş məkəzinə çevirməyi planlaşdırıb.  Bu barədə Financial Times yazır.

Şirkətin icraçı direktoru və gələcək rəhbəri Karl-Johan bildirib: “Mağazaların rolu dəyişir. Biz daha yaxşı olar ki, onlardan malların çatdırılması, verilməsi və geri qaytarılması üçün mərkəz kimi istifadə edək”.

Onlayn alış-verişin sürətlə inkişaf etməsi sözügedən şirkətə mənfi təsir edib və onlar səhmdarların tənqidinə tuş gəliblər. Belə ki, səhmdarlar rəqiblərinin artıq onlayn-alış-verişə keçdiyi bir vaxtda bu reteylerin hələ də yüzlərlə mağaza açmasından narazılıq ediblər.

Qeyd edək ki, 10 ilə ərzində H&M  reteylerinin rəhbəri Karlın atası Stefan Persson olub və Johan isə şirkətdə icraçı direktor vəzifəsini icra edib. Bu müddətdə şirkət oflayn satış nöqtələrinin sayını təxminən 150% artırıb və bu, onun “Zara”dan olan rəqiblərinin göstəricisindən yüksək olsa da, adıçəkilən həmin ispan geyim reteylerinin üstün mövqedə qalmasına mane ola bilməyib.

2020-ci ildə H&M  25 yeni mağaza açmağı planlaşdırır. Şirkət inkişaf etmiş bazarlarda 200 ticarət nöqtəsi açmağı hesaba alıb, amma Avropa və Şimali Amerikada 175 mağazasını bağlayacaq. 2019-cu ilin sonunda şirkətin ümumilikdə 5076 mağazası olub.

Hal-hazırda, sözügedən reteyler fiziki satış nöqtələri və onlayn satış üçün hər ölkədə nə qədər anbara ehtiyac olduğunu hesablayır.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...