Bu ölkədə milyonçuların sayı artıb

Date:

Paylaş:

Türkiyədə milyonçuların sayı artıb. Onlar bir milyon lirə (284,200 AZN) və ya bundan artıq məbləğdə pulu olanlardır.

Bu barədə “HaberGlobal”,  “Bank Tənzimlənməsi və Nəzarət Qurumu”nun (BDDK) verdiyi statistikaya əsasən xəbər yayıb.

Xəbərdə bildirilir ki, ötən il ölkədə milyonçuların sayı 45 314 nəfər artaraq, 225 000-ə çatıb.

Eyni zamanda, ölkə daxilində və xaricində türkiyəli milyonçuların ümumi sayı 225 440 nəfər təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə ölkədə milyonçuların sayı 161 800 nəfər olub.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...